Posientlərin boş vaxtlarının səmərəli təşkili və sağlamlıq klubu

07 май
Posientlərin boş vaxtlarının səmərəli təşkili  və sağlamlıq klubuSizin sağlamlığınız bizim üçün önəmlidir!


Sanatoriyada müalicə alan və dincələn posientlərin boş vaxtlarının səmərəli keçirilməsi məqsədilə onların respublikamızın tarixi və turizm bölgələrinə səfəri ilə əlaqədar hər həftənin bazar günləri turlar təşkil edilir.


Səyahət ediləcək yerlərin yerləşdiyi məsafə nəzərə alınaraq qiymətlər müəyyənləşdirilir.


Bu qiymətlər nəqliyyat, çay və şirniyyat süfrəsi daxil olmaqla 15-20 AZN təşkil edir.


Həftədə 2-3 dəfə sanatoriyanın həyətində canlı musiqi, müxtəlif səhnəciklər, bilik yarışları, yaradıcılıq gecələri və sair əyləncələr təşkil olunur.

Müəssisənin müalicə korpusunun birinci mərtəbəsində sağlamlıq klubu fəaliyyət göstərir ki, həmin klubdan posientlər həkimin göstərişi və ya idmanla məşğul olan şəxslər öz arzuları ilə istifadə edirlər.

Sağlamlıq klubu yorucu bir gündən sonra itirilmiş enerjini geri qazanmaq və ya günə sağlam başlamaq üçün düşünülmüşdür.


Gözəl Naftalanımız...

Hidrokolonterapiya

– alman texnologiyası vasitəsilə bağırsaqların dərin təmizlənməsi və orqanizmin bağırsaqlar vasitəsilə oksigenlə təmin edilməsi üsuludur. Bu üsul bağırsaqları 20-30-50 dəqiqə müddətində ağrısız və keyfiyyətlə təmizləməyə imkan verir.