Müalicə

07 май
MüalicəNaftalanla müalicə

______________________

Dünyanın heç bir yerində analoqu olmayan Naftalan neftinin möcüzəvi təsiri ancaq çıxdığı klimakterik şəraitdə keçərlidir. Naftalan müalicə amili güclü ağrıkəsici, iltihabəleyhi, damargenəldici, allergiyaəleyhi, hormonabənzər təsirlərə malikdir, ovogenez, ovulyasiya prosseslərini və spermatogenezi gücləndirir.

Naftalan vannaları üçün nativ (təbii) naftalandan istifadə olunur. Vannada naftalanın istiliyi 37-38 0C - dir. Vanna qəbulu müddəti - birinci vannada 8 dəqiqə, qalan vannaların qəbulu zamanı 10 dəqiqədir. İlk vannalar günaşırı təyin olunur, qalan vannalar 2-3 gün vanna, bir gün istirahət günü olmaqla qəbul edilir.

Müalicə kursu 10-12 naftalan vannası təşkil edir.

Naftalan vannaları ümumi naftalan vannası , oturaq naftalan vannası və aşağı ətraflar üçün naftalan vannası şəklində təyin olunur .
Ümumi naftalan vannası – xəstə vannada uzanır , ürək nahiyəsi naftalandan xaricdə qalmalıdir .
Oturaq naftalan vannası - xəstə qursağadək naftalan vannasının içərisində oturur, ehtiyac olarsa qollarını da dirsəyədək vannaya salır .
Aşağı ətiraflar üçün naftalan vannası – xəstə xüsusi oturacağın üstündə oturur, ayaqlarını dizdən yuxarıyadək naftalan vannasının icərisində yerləşdirir.

Vanna qəbulundan sonra xəstə naftalanın qalığından təmizlənir , xüsusi kağızla silinir və duş qəbul edir . Duşxanada suyun altına keçməzdən qabaq hamam lifini isladıb sabunlayıb quru bədəni liflə sabunlamaq lazımdır , sonra duşun altına keçib yuyunmaq lazımdır, belə olduqda naftalan bədəndən asan təmizlənir . Duşda suyun istiliyi 38 – 39 oC olmalıdır, duş qəbulu müddəti isə 15 – 20 dəqiqədən artıq olmamalıdır . Vanna qəbulundan sonra duş qəbul edərkən başı yumaq məsləhət deyil . Vanna qəbulundan sonra xəstə 1 saatadək dincəlməlidir .

Naftalan müalicəsi qəbul edərkən, adətən birinci - dördüncü vanna qəbulu zamanı balneoreaksiya baş verir: xəstədə ümumi zəiflik, iştahasızlıq, yüngül baş ağrıları, yuxusuzluq və ya yuxululuq, bağırsaq pozulması kimi ümumi əlamətlər və ağrıların güclənməsi, dəri səpgiləri, ətrafların dərisində hemorragiyalar (göy ləkələr) kimi əlamətlər baş verə bilər. Vanna qəbulu qaydalarına düzgün əməl etdikdə bu əlamətlər müalicə kursunun sonunadək keçir.

Balneoreaksiya baş verdikdə müalicə həkiminə müraciət etmək lazımdır .
Naftalan müalicəsinin təsiri müalicədən sonraki 1,5 – 2 ay ərzində davam edir və bundan sonra stabil effekt alınır .
Həmin dövrdə xəstələr özlərini soyuqdan və fiziki gərginlikdən qorumalıdır.








MüalicəKompleks müalicə

______________________

Mərkəzdə orta müalicə müddəti 15 gündür. 15 gün ərzində 10-11 naftalan vannası, hər biri 10-11 seans olmaqla digər müalicələr qəbul edilir.
Mərkəzdə xəstələrin diaqno-zundan asılı olaraq onlara ilk növbədə naftalan vannası, xəstəlikdən asılı olaraq massaj, MBT, fizioterapiya və digər müalicələrlə kurs təyin edilir.

Mərkəzimizdə xəstələrin müalicəsi kompleks şəkildə aparılır. Müalicə kompleksinə aşağıdakı müalicələr daxildir:

 vanna
 masaj
 ozonoterapiya – bütün hüceyrə toxumalara oksigen nəqlini gücləndirir.
 Hidrokolonoterapiya – orqanizmi zərərli şlaklardan azad edir. Mədə-bağırsaq sisteminin işini tənzimləyir.
 vibromasaj
 elektroforez
 darsonvalizasiya
 maqnitoterapiya
 elektroyuxu - əsəb sistemini tamamilə tənzimləyir.
 iynəsancma
 seragem - əsasən fəqərəarası sıxılmaları və əsəb-sinir sistemini müalicə edir.
 müalicə idmanı
 naftaparafin applikasiyaları
 inhalyasiya
 amplipulsterapiya
 naftalan fonoforez
 ultrasəslə müayinə
 dartma aparatı - fəqərəarası və oynaqarası sıxıntıları və kiçik həcmli yırtıqları (qrija) müalicə edir.
 işıq vannası








Naftalan müalicəsinə göstərişlər

______________________

I Sümük –oynaq - əzələ sistemi xəstəlikləri

 Revmatik və revmatoid artrit və poliartritlər
 Posttravmatik artritlər, Ostit, Kontrakturalar
 Podaqra poliartriti
 Deformasiyaedici poliosteoartrozlar
 Onurğa sütununun osteoxondrozu
 Onurğa sütununun spondilyozu
 Fəqərəarası disklərin yırtığı və protruziyası
 Bexterev xəstəliyi
 Bursit, tendovaginit, miozit və sair


II Periferik sinir xəstəlikləri

 Diabetik neyropatiyalar
 Nevritlər
 Nevralgiyalar
 Radikulitlər
 Radikuloneyropatiyalar
 Pleksitlər
 Neyrosirkulyator distoniya


III Periferik damar xəstəlikləri

• Aşağı ətraf arteriyalarının obliterasiyaedici endarteriiti və aterosklerozu
• Aşağı ətraf venalarının varikoz genəlməsi: sürtmələr şəklində
• Aşağı ətraf venalarının tromboflebiti: trofiki yazvalar
• Reyno xəstəliyi


IV Dəri xəstəlikləri

• Psorioz: Artropatik psorioz
• Ekzema: Seboreyalı ekzema
• Neyroderimit
• Allergik dermatit
• İxtioz
• Keratodermiya
• Sklerodermiya – başlanğıc forma
• Yanıqlar


V Ginekoloji xəstəliklər

• Birincili və ikincili sonsuzluq
• Kiçik çanaqda çapıq birləşmələri
• Qadın cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri
• Adneksit, salpinqooforit, metrit, parametirt
• Yumurtalıqların disfunksiyası



VI Xroniki prostatitlər
VII Kişi sonsuzluğu

Sayılan xəstəliklər xəstəliyin kəskin olmayan dövründə müalicə olunur.


Naftalan müalicəsinə əks göstərişlər


1. Kəskin dövrdə olan bütün xəstəliklər.
2. Bəd və xoş xassəli şişlər.
3. Bütün üzvlərin vərəm xəstəliyi.
4. Anemiya. Qan xəstəlikləri.
5. Ruhi xəstəlilər. Epilepsiya.
6. Zöhrəvi xəstəliklər QİÇS, hepatit C.
7. Böyrək və qaraciyər çatmamazlığı.
8. Yüksək hərarət.
9. MSS- nin üzvi xəstəlikləri (dağınıq skleroz, sirinqomieliya, YAS).
10. Beyin qan dövranı pozğunluqlarının qalıq əlamətləri (hemiparezlər).
11. Hipertoniya xəstəliyi III dövr.
12. Keçirilmiş miokard infarktı.
13. Sakitlik və gərginlik stenokardiyası III - IVdövr.
14. Qan dövran çatmamazlığı II və III dövr.
15. Xroniki koronar çatmamazlıq II-III dövr.
16. Səyrici aritmiya.
17. Paroksizmal taxikardiya.
18. Atrioventrikulyar blokada.
19. Köndələn blokada.
20. His dəstəsi sağ və sol ayaqcığının tam blokadası.
21. Uşaqlığın kəskin fibroması, mioması.
22. Uşaqlığın endometriozu.
23. Poliplər, krauroz, leykoplakiya, eritroplakiya.
24. Yumurtalığın kəskin kistoması, dermoid kista.
25. Uşaqlığın selikli qişasının hiperplaziyası, metroragiya .
26. Hamiləlik və uşağa süd vermə dövrü.
27. Mastopatiya.
28. Tibbi abortdan sonra ilk aybaşıya qədərki dövr.
29. Prostat vəzinin kəskin adenoması.


Gözəl Naftalanımız...

Hidrokolonterapiya

– alman texnologiyası vasitəsilə bağırsaqların dərin təmizlənməsi və orqanizmin bağırsaqlar vasitəsilə oksigenlə təmin edilməsi üsuludur. Bu üsul bağırsaqları 20-30-50 dəqiqə müddətində ağrısız və keyfiyyətlə təmizləməyə imkan verir.