NAFTALAN ŞƏHƏRİ

07 май
NAFTALAN ŞƏHƏRİNaftalan şəhərinə 28 aprel 1967-ci ildə Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin 48 nömrəli Qərarı ilə Respublika tabeli şəhər statusu verilmişdir. Həmin dövrədək Naftalan şəhəri Goranboy və Yevlax rayonlarının tərkibində qəsəbə kimi fəaliyyət göstərmişdir.

Şəhərin əhalisinin ümumi sayı 01 yanvar 2015-ci il tarixə 9737 nəfər olmuşdur. Ərazisi 3572.63 hektardır. Naftalan şəhəri ilə Bakı şəhəri arasındakı məsafə 320 kilometrdir. Naftalan şəhəri 1 şəhər və 2 kənddən (Qaşaltı və Qasımbəyli) ibarətdir.

Naftalan şəhərinin iqtisadiyyatının əsasını Sanatoriya – Kurort infrastrukturu təşkil edir. Naftalan kurortu 1933-cü ildən fəaliyyət göstərmişdir. Həmçinin 1938-ci ildə Azərbaycan Elmi-tədqiqat tibbi bərpa və təbii amillərlə müalicə institunda Naftalan eksperimental laboratoriyası yaradılmış və Naftalan neftinin bioloji və müalicəvi təsiri öyrənilməyə başlanmışdır. Eləcə də, 1965-ci ildə Naftalan şəhərində Elmi-tədqiqat laboratoriyası yaradılmışdır.

Azərbaycanda Naftalan neftinin tərkibinin öyrənilməsində akademik Y.Q. Məmmədəliyevin, professorlar T.H.Paşayevin, S.Ə.Quliyevanın və Tibb Elmlər doktoru T.H.Hüseynovun böyük xidmətləri olmuşdur.

Naftalan Kurortunun əsas inkişafı 1970-1990-cı illərdə olmuşdur. O dövrdə Azərbaycan SSR-ə rəhbərlik etmiş və sonra SSR-i Nazirlər Sovetində yüksək vəzifədə işləmiş ümummilli liderimiz Heydər Əliyev cənablarının təşəbbüsü ilə Naftalan Kurortu daha da inkişaf etmiş və böyük şöhrət qazanmışdır. Hətta 19 fevral 1982-ci ildə Azərbaycan KP.MK-nın, Azərbaycan SSR Nazirlər Sovetinin və Azərbaycan Həmkarlar İttifaqı Şurasının “Naftalan Kurort şəhərini daha da inkişaf etdirmək tədbirləri haqqında” birgə qərarı olmuşdur. Məhz bu qərarın nəticəsində Naftalan Kurort şəhəri kimi daha da böyümüş, maddi texniki bazası daha da möhməkmləndirilmiş və şəhərdə 480 yerlik “Mil”, 480 yerlik “Azərbaycan”, 580 yerlik “Şirvan”, 560 yerlik “Çinar”, 800 yerlik “Goran” sanatoriyası tikilmişdir. Naftalan şəhərində yeni xiyabanlar salınmış və çoxmərtəbəli yaşayış binaları tikilmişdir. Eləcə də, həmin dövr ərzində şəhərdə məişət xidməti kombinatı, 400 yerlik kinoteatr binası, Hava limanı, Avtovağzal, 4 mərtəbəli Telekommunikasiya qovşağı və 9 mərtəbəli 108 yerlik mehmanxana binası tikilib istifadəyə verilmişdir.
Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə də Naftalan şəhəri onun daim diqqət mərkəzində olmuş, Naftalan şəhərini müasir tələblərə uyğun inkişafı və dünya səviyyəli unikal bir şəhərə çevrilməsi istiqamətində ardıcıl tədbirlər görmüşdür. Bunun nəticəsidir ki, son illər Naftalan şəhərində sahibkarlıq sahəsi geniş inkişaf etdirilərək yeni kurort müalicəxanaları yaradılmışdır. Bu məqsədlə şəhərdə müxtəlif iş adamları tərəfindən inşa olunmuş “Chinar hotel & spa Naftalan”, “Qarabağ”, “Gözəl Naftalan”, “Şəfa vannaları”, “Naftalan Müalicə və Sağlamlıq Mərkəzi”, “Möcüzəli Naftalan” və “Qaşaltı” kimi müasir tələblərə cavab verən istirahət və sağlamlıq mərkəziləri fəaliyyət göstərir. Həmin müəssisələrdə müraciət edən vətəndaşların lazımi qaydada müalicə olunması üçün bütün şərait vardır. Sanatoriyalarda vanna bölmələri, fizioterapiya bölmələri, diaqnostika bölmələri, idman zalları, istirahət guşələri və digər bölmələr fəaliyyət göstərir. Qeyd edilən müəssisələrdə 700-dən artıq daimi iş yerləri yaradılmışdır.

“Azərbaycan Respublikası regionlarının 2004-2008-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar şəhərdə 25 çarpayılıq Əlillərin Bərpa Mərkəzinin, Maliyyə şöbəsinin, Qaz idarəsinin, Dövlət Sosial Müdafiə Fondunun şəhər şöbəsinin, Su-Kanal idarəsinin, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin yeni inzibati binaları tikilmiş və şəhər Mərkəzi Xəstəxanasında, şəhərin 01 və 02 saylı orta məktəblərində, Qaşaltı Qaraqoyunlu kənd orta məktəbində, şəhər futbol meydançasında və Heydər Əliyev parkında əsaslı təmir işləri aparılmışdır.

”Azərbaycan Respublikası regionların 2009-2013-cü illərdə sosia-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq şəhərimizin bütün infirastrukturlarının inkişafına diqqət artırılmışdır. Belə ki Naftalan şəhərinin elektrik şəbəkəsi yenilənmiş, ümumtəhsil məktəbləri və yaşayış binaları üçün yeni istilik və qazanxana sistemləri tikilmiş, bütün fərdi yaşayış evlərində və xidmət sahələrində yeni istilik qızdırıcıları quraşdırılmış, şəhərdaxili, binadaxili və şəhərin digər yaşayış massivlərinin qaz xətləri yenilənmiş, şəhərin su təchizatı və kanalizasiya sistemi yenidən qurulmuşdur. Şəhər ərazisində yerləşən yaşayış binalarının həyətində əhalinin asudə vaxtının səmərəli keçməsi üçün istirahət guşələri yaradılmışdır. Hazırda şəhərin küçə və binaətrafı sahələrində abadlıq-quruculuq işləri tamamlanmaq üzrədir.


Gözəl Naftalanımız...

Hidrokolonterapiya

– alman texnologiyası vasitəsilə bağırsaqların dərin təmizlənməsi və orqanizmin bağırsaqlar vasitəsilə oksigenlə təmin edilməsi üsuludur. Bu üsul bağırsaqları 20-30-50 dəqiqə müddətində ağrısız və keyfiyyətlə təmizləməyə imkan verir.