Sanatoriyamız sizlərə sağlamlıq bəxş edir...

10 май
Son illər Naftalan şəhərində tikilib istifadəyə verilən ən gözəl sağlamlıq istirahət mərkəzlərindən biri də “Gözəl Naftalan” Müalicəvi İstirahət Mərkəzidir.

“Gözəl Naftalan” MMC 2011-ci ildə təsis edilmiş, fəaliyyətə isə 2016-cı ilin əvvəlindən başlamışdır.

Sanatoriya Naftalan şəhərinin ən füsinkar ərazisində yerləşməklə 15000 m2 ərazidən, 4 mərtəbəli yataq korpusu, 4mərtəbəli müalicə korpusu və digər yardımçı binalardan ibarətdir. Həmin korpuslar çoxillik həmişəyaşıl şam ağacları və digər dekorativ ağaclarla əhatə edilmişdir.

Müəssisədə mövsümi olaraq 22-45 nəfər tibbi və xidmətedici işçi heyyəti müalicə alan yerli və əcnəbi vətəndaşlara xidmət göstərir ki, onların da tam əksəriyyəti hələ Sovetlər dönəmindən müxtəlif sanatoriyalarda işləmiş peşəkar mütəxəssislərdir..


Gözəl Naftalanımız...

Hidrokolonterapiya

– alman texnologiyası vasitəsilə bağırsaqların dərin təmizlənməsi və orqanizmin bağırsaqlar vasitəsilə oksigenlə təmin edilməsi üsuludur. Bu üsul bağırsaqları 20-30-50 dəqiqə müddətində ağrısız və keyfiyyətlə təmizləməyə imkan verir.